Yağlar və digər Mayelər-
Kəskin istilər mühərrik yağına,sürət qutusu yağına,hidravlik sükan yağına təsir edir. Əgər avtomobilin soyutma sistemi xarabdırsa ya da gecikirsə (bəzi sürücülər var, onlar deyir ki məsələn məndə maşında arada bir mühərrik həddindən çox qızır amma qaynatmır , bu cür halları nəzərdə tuturuq) onda bu yağlar lap çox zərər görür.
Digər tərəfdən kəskin istidə mator az da olsa qızdırarsa(çox vaxt hec sürücü bunu hiss etmir elə bilir normaldır) bu zaman salniklər və ya proklatkalar sıradan çıxır, yağ itkisi suyu yağa qarışması və sair buna bənzər fəsadlar ortaya çıxır.
Bunların qarşısını almaq , heç olmasa fəsadi vaxtında əvvəl az zərərlə bağlamaq üçün mütlləq heç olmasa hər 200 km dən bir yağları və mayeləri yoxlayın. Əgər avtomobiliniz sağlamdırsa bu intervalı uzada bilərsiniz. Amma unutmayin ki hətta ən sağlam maşına belə isti havalar ciddi təsir edir.