Hamımız şahidiyik ki avtomobili təzə alanda o çox rahat gedir mühərrik çox səssiz işləyir. Sürücülərimizlə etdiyimiz fərdi sorğu nəticələrinə görə deyə bilərik ki zaman keçdikcə bütün sürücülər eyni cümləni işlədir ” Bilmirəm niyə, amma maşınım əvvəlki kimi çəkmir ”.

Bunun bir neçə səbəbi var.

  • Yanacaq sisteminin çirklənməsi
  • mühərrikin köhnəlməsi
  • periodik baxımdan düzgün keçilməməsi
  • elektronik sistemdə nasazlıqlar

onlardan biridə mühərrikin təmizliyidir çünki işlədikcə mühərrikin içi çirklənir və sürücülər onu təmizləmirlər beləliklə çox qısa zamanda mühərrik öz real gücünü itirir və sizi əlavə xərclərə salır.

Mühərrikə hər yağ dəyişəndə MOTOR FLUSH əlavə edin və onun ilk günkü təmizliyini qorumağa çalışın ki sizə uzun müddət xidmət etsin. Mühərrik təmirinə pul xərcləməyin onu sadəcə təmiz saxlayın.

Meguin Motor Flush
Meguin Motor Flush

Avtomobilin yağını dəyişdirərkən, sadəcə yağı dəyişmək kifayət etmir. Çünki mühərrik işlədiyi zaman onun içində müəyyən qalıqlar, qatranlar yığılır və bunlarda ehtiyat hissələrinə üzərinə yapışır və nəticədə hissələrin səthi təmiz olmadığına görə sürtünmə daha da güclənir və yeyinti baş verir.

Tez-tez avtomobilimizi yuduzdururuq, salonunu təmizləyirik, eyni şeyi mühərrik üçündə etməliyik
və onları təmiz saxlamalıyıq.

Meguin MOTOR FLUSH.
Mühərrikdə yaranmış qalıqları təmizləyir sürtünməni azaldır mühərrikin ömrünü çoxaldaraq sizi artıq xərcdən qoruyur.

Mühərrikin içini təmiz saxlamaqla siz onun ömrünü uzadırsınız bu eyniylə avtomobilimizi yumağa bənzəyir əgər 6 ay avtomobili yumasaq sonradan onun üzərində ləkələr cızıqlar meydana gəlir. Korroziya, cızıqlar və rəngin solmasını müşahidə edəcəyik. Mühərrikin içini isə görmürük amma çirkli mühərrikin nəticələrini sadalaya bilərik.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Mənə sırf turbo yağı lazımdır!!!Filan yağ turbodurmu? Mənim maşınım həm tubodur həm də diesel , mənə turbo dizel yağı lazımdır.

Yəqin  bu  cür fikirlərlə sizdə qarşılaşmısınız. Bəs doğrudanda xususi turbo yağı olurmu. Gəlin videomuzu izləyək.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on vk
VK
Share on whatsapp
WhatsApp

Adətən istehsalçılar mühərrikə test etdikləri zaman kirlənməni qatranları nəzərə almırlar və avtomobilin performansını yoxladıqları zaman bunu sadəcə təmiz mühərrikdə yerinə yetirirlər.

Təbii ki bu yalnız laboratoriya şəraitində mümkündür. Avtomobili istifadə etdiyimiz zaman mühərrikin bir çox hissəsində əlavə atıqlar qatranlar yığılır buna benzin sistemi də daxildir.Sürücülər belə problemlərlə qarşılaşdıqda adətən injektorları təmizlətdirirlər. Amma bu yetərli deyil çünki benzin sistemi sadəcə injektorlardan ibarət(benzin çəni benzin filtri benzin nasosu benzinin hərəkət etdiyi kiçik borular və s) olmadığı üçün digər hissələrdə qalmış qalıqlar yenidən nasazlığa səbəb olacaq. İnjektorlarda klapanlarda porşenlərin yuxarı hissəsində yaranan qalıqlar yanma prosesini gecikdirir yanmanın keyfiyyətini aşağı və zəhərli qazların çıxma faizini yüksəldir. Nəticədə yuxarıda sadaladığımız nasazlıqlar ortaya çıxır zəhərli qazların artması nəticəsində isə particularfilter(DPF) və katalizator(ətraflı) sıradan çıxır.

 

 

 

Bir çox zaman səhər-səhər avtomobilin pis işə düşməsinə, 50-60 kilometr saat sürətlərdə titrəmələr və mühərrikin boğulmasına, surət qutusunu fərqli səviyyələrə keçirərkən avtomobilin bəzən boğulub bəzən də qarşıya sıçramasına, yüksək benzin sərfiyatına səbəb injektor (benzin) sisteminin çirklənməsidir.

Yanacaq sistemində əsas problemlərdin biri də korroziyadır(pas), bundan qurtulmaq mümkün deyil, çünki istər istəməz sistemdə su əmələ gəlir və bu su bütün hissələri pas edir, beləliklə sistem sıradan cıxır.Yuxaridakı şəkildə bakdakı, nasosdakı və Farsunkadakı pas aydın görsənir.

İnjector və Diesel System Cleaner necə təsir edir?

 

 

Həm dizellə işləyən həm də benzinlə işləyən avtomobildə sistemin hər zaman təmiz qalmasına xidmət göstərir.

Eyni zamanda yanacağın keyfiyyətini artıraraq daha az yanacaq sərfiyyatına gətirib çıxarır. Benzin çənindən tutmuş porşenə qədər benzinlə əlaqəli olan sistemi pasdan və qalıqlardan  qoruyaraq avtomobilə uzun resusr ömrü verir.

Bununla bərabər avtomobildən çıxan zəhərli qazların əhəmiyyətli dərəcədə azalması “Emission Control System”inin sıradan çıxmasını önləyir.

”Emission Control System” birbaşa mühərrikin ana kontrol sisteminə bağlanaraq bir neçə sensordan katalizator və particularfilterdən(DPF bu dizellərdə olur) ibarətdir. Təbiəti qorumaq məqsədi ilə son illər istehsalçılar bu sistemi daha da mükəmməlləşdirdilər.Belə ki artıq əgər zəhərli qazların miqdarı normadan çox çıxarsa sensorlar ana kontrol sisteminə informasiya verir və mühərrikin işləməyi dayandırılır(bəzi hallarda informasiya ön konsulda çıxır ki 24 saat içində servisə gedin. Servisə müraciət edilmədiyi halda avtomobil işə düşmür.)Bir çox hallarda bu vəziyyət katalizator və particular filterin dəyişməsi ilə nəticələnir. Bu da demək olar ki ən bahalı(təqribən 1500-3500 AZN) ehtiyat hissələridir. Bundan başqa bu ehtiyat hissələrini Azərbaycandan tapmaq da asan deyil sadəcə sifariş ilə gətirtmək olur.
Dizel mühərriklərdə Meguin diesel system cleaner sistemi təmizləməklə bərabər eyni zamanda yanacağın keyfiyyətini artırır. Dizeldəki Setan dərəcəsini 1-2 pillə artırır. Beləliklə avtomobiliniz yuxarıda qeyd etdiyimiz problemlərlə qarşılaşmır və siz daha az xərcə düşürsünüz.

Meguin Qatqıları
Nəticələr doğrudan inanılmazdır, bunu hardan bilirik? 

Meguin 1847-ci ildən bəri Məhsullar istehsal edir. Az qala 200 illik bir tarixi var. Amma bunun kifayətlənmirik əlbəttə, Azərbaycanda artıq illərdir məmnun müştərilərimiz və fəsadsız uzun yürüşlər etmiş avtomobillərimiz var. 

Amm bununla da kifayətlənmədik, Meguin vətənində Almaniyada, elə məhz Meguin Laboratoriyasında məhsulları sizdə rahat görəsiniz deyə test etdik.

Necə olur Sistemi təmizləyir?Paslanma necə olur ? Meguin necə kömək edir?Nə qədər vaxtdan bir istifadə etməliyik? Başqa qatqılar varmı? Bu və bunun kimi bir çox suallara cavab üçün gözəl bir çəkiliş və reportaj etdik. Hələki aşağıdakı videoda sizə trailer təqdim edirik, alman dilindən tərcümə və digər montaj işləri bitər bitməz sizə tam videonu təqdim edəcəyik.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

HANSI DAHA SƏRFƏLİDİR RENAULT MEGANE YOXSA SKODA OCTAVİA

Son Zamanlarin məhşur maşını Azərbaycanda Renault Megane dizeldir. Şəxsi fikirmi bildirmək gərəksə mənə görə çox gözəl və qənaətcil maşınlardır. Amma gərək yaxşısını alasan və düzgün qulluq edəsən. Təəssuf ki ucuz olsun deyə adətən bizə çox işlənmiş, zədələnmiş maşınlar gəlir və sonrası da bəllidir, ardıcıl əmələ gələn Problemlər sürücünü bezdirir və adıda pis maşın kimi qalır.

Əsas məqsədim burda Renault Megane haqqında yazmaq deyil onu Skoda Octavia ilə Müqayisə etməkdir. Bir müddət öncə Almaniyada kirayə avtomobil götürdum və maşın o qədər xosuma gəldi ki , rahatçılığı qənaətçiliyi mənə çox ləzzət etdi deyə bunu sizlərə video kimi təqdim etmək istədim.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

MÜHƏRRİK QORUYUCU, HƏTTA YAĞSIZ MÜHƏRRİKDƏ!

Mühərrik işlədiyi zaman bir çox hissələr yüksək dövrlərlə hərəkət edir, sürtünmə baş verir və nəticədə aşınma olur.

Aşınmanın dərəcəsinə bir çox faktorlar, belə ki avtomobilin soyuq mühərriklə idarə olunması, keyfiyyətsiz yağ, mühərrikdə yağın azalması, yüksək dövrlərdə idarə etmək, mühərriki qızdırmaq və s. təsir edir.

Belə hallarla sürücülərimiz çox rastlaşırlar. Bu da gözlənilməz xərclərin yaranmasına gətirib çıxarır. Fizika qanunlarına görə aşınmanın qarşısını almaq olmur, amma sürtünməni azaldaraq prosesin zəif getməsini və ehtiyat hissələrinin daha uzun ömürlü olmasını təmin etmək olar.Ilk öncə keyfiyyətli Yağ istifadə olunmalıdır. Hər Yağ Dəyişəndə isə Meguin Motor Safe deyilən Qatqıdan istifadə etmək lazımdır.

Müasir mühərrik yağları ən son texnologiyalarla istehsal olunaraq, çoxlu vacib funksiyanı, hansı ki maşın hissələri soyutmaq daxil olmaqla, onları təmiz saxlamaq, paslanmaya, korroziya və köhnəlməyə qarşı müdafiəni yerinə yetirir.
 
Yağın ən vacib funksiyalardan biri daha effektiv nəticə əldə etmək(sürtünməni rahatlaşdırmaq) üçün hərəkət edən hissələrin arasında xüsusi bir qat formalaşdırır. Beləliklə hərəkət zamanı hissələr daha az sürtünür, daha az qızır və təbii olaraq aşınma azalır. Bu da maşın hissələrin vaxtından əvvəl qocalmasının qarşısını alır.
 
Bəs Meguin MOTOR SAFE deyilən qatqı hansı işləri görür?

Yuxarıda sadaladığımız məlumatlar ekstrim hallar üçün nəzərdə tutulmamışdır.

Ekstrim hal deyərkən adətən bu hallar nəzərdə tutulur. Avtomobil qədərindən çox yükləndiyi zaman, yüksək sürət, yoxuş yuxarı qalxmaq, Yüksək yada mənfi temperatur, mühərrikdəki yağın qədərindən aşağı düşməsi(buna sürücülərimiz diqqət etmir, çox vaxt daha ağır forma müşahidə olunduğu zaman yağın azaldığını hiss edirlər. Məs. Ön konsuldakı yağın işığı yandığı halda,bəzən işıq sarı yanır bəzən də qırmızı. Qırmızı yanırsa təhlükəlidir və avtomobili idarə etmək olmaz) mühərrikdə ki digər nasazlıqlar (hansı ki birbaşa yada bu səbəbdən yağlanmaya təsir edir), mühərrikin temperaturunun qədərindən yuxarı qalxması, yanacağın yağa qarışması və sair hallar nəzərdə tutulur. Adətən bu hallarda sadəcə yağ kifayət etmir, mükəmməl bir qorumaq üçün MOTOR SAFE dediyimiz qatqıya ehtiyac duyuruq.

Motor Safe o qədər güclü qorunma edir ki, mühərrikdə yağ qalmadığı halda belə yenə də müəyyən bir zaman dilimində mühərriki qoruyur.

Hətta bu Məhsulun adı Almanca motor verschleißschutz yəni mühərrik aşınma önləyici deməkdir. Düşünün əgər aşınma olmazsa və ya minimuma enərsə nə olar? əlbəttə yeyilməyən metal sizə daha uzun illər xidmət edəcək.

Unutmamaq lazımdır ki mühərrikin ürəyi sayılan Blok Porşen və Kalenval çox bahalı ehtiyat hissələridir qiyməti təqribən avtomobilin qiymətinin 10-15 faizidir (təqribən 3000-9000 AZN hətta bəzən 15000 AZN qədər ola bilir).

Bu da onu göstərir ki mühərrikə necə xüsusi bir xidmət göstərilib qorunmalıdır. MOTOR SAFE qatqısı sizin mühərriki qorumaq üçün əvəzsiz vasitədir. Düşünün əgər yağsız mühərrikdə belə qoruma əldə edirsinizsə onda yağla olduqda aşınma nə qədər azalacaq və mühərrik ömrü nə qədər uzanacaqdır.

Meguin Motor Safe Qatqısı İnanılmazdır Elə deyilmi?


Illərdir Azərbaycanda  Müxtəlif markalı avtomobillərdə Motor Safe qatqısını istifadə edirik. Nəticələr Möhtəşəmdir, gözlənililənlərin çox-çox üzərində bir nəticə əldə etmişik.
Amma bununla da kifayətlənmədik, dediklərimizi bir daha da Laboratoriya testləri ilə sizə göstərmək üçün Meguin Laboratoriyasında , elə Meguinin vətənində, Almaniyada, Motor Safe qatqısı və digər Qatqılarla bağlı video reportaj hazırladıq. Nəticələri bir də belə görün. Hələki Traileri sizə təqdim edirik. Tam versiya video Alman dilindən Azərbaycan dilinə tərcümə edildikdən sonra sizə təqdim ediləcək.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

SİZCƏ YAĞI DÜZ İSTİFADƏ EDİRSİNİZ?

Avtomobil başdan ayağa bir hesabdır, ona xidmət belə müəyyən dövrdən bir müəyyən hesablanmış yürüşlə hesablanır. Yağ da belədir.

Bəs sizcə onda yağ satanlar, ustalar sizə niyə yağı yürüşlə təklif edir? Bəs zaman hanı? Yağın hesabı necə olmaldır ? Bunun cavabını bu video da verməyə calışdım.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

 

Yəqin sizə çox vaxt “Alman yağı” təklif edirlər. Almaniya Avtomobil İndustrisi çox məhşur və ad-sanlı olduğuna görə Almaniya malı adı da Brendləşib.

Bəzən Almaniyada bir kiçik istehsal məntəqəsi və ya doldurulma yeri açırlar, qeydiyyatdan keçirlər və adını Alman qoyurlar.

Heç sizə Maraqlı gəlibmi bəs bunun ən yaxşısı və ya Əsl Alman Yağı necə olur?

Sizə Alman Yağ Tarixini Yazan və Almanıyanın Yağı adını Öz Ticarət Nişanında daşıyan Meguin Yağlarının Videosunu təqdim edirik.

Kehfiyyəti ,Tarixi, Ənənəni özündə birləşdirən MEGUİN Markası bir çox məhşur Alman Yağlarını  da Öz Zavodunda istehsal edir. Sizə bunlardan sadəcə ikisini bildirsək yəqin Kifayət edər : Liqui Moly və Würth yağlarını da Meguin İstehsal edir. Bu bir daha  Meguin brendinin nə qədər güvənilir bir məhsul istehsal etidiyinin sübutudur. 

 

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on vk
VK

Soyuq mühərrik nə qədər qızmalıdır?

 

 

Mühərriyi nə qədər isitməliyəm  və ya qızdırmalıyam sualı çox aktualdır. Təbii ki fərqli fikirlər formalaşır.Bəziləri deyir qızdırmaq lazımdır bəziləri qarşı çıxır.

Qısa bir video ilə izah verməyə çalışmışıq…

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on vk
VK

Deyirlər son mühərriklər çox səslidir və tez sıradan çıxır. Əslində bu belə deyil, səbəblər çoxdur amma onlardan biri də yağın düz seçilməməsi, sistemin çirklənməsi , səhv zamanlama, motor flushdan istifadə etməmək və s. aiddir.

Mühərrik təmizliyini yerinə yetirməmək matoru dağıtmağa şərait yarartmaqdır. Bəzən zaman faktoru, yanacaq, filtrlər, ətraf mühitin tozlu olması, ən keyfiyyətli yağda belə qalıq yarada bilir. Bunlara çox diqqətli olmaq və mühərrik daxili təmizliyinə diqqət etmək lazımdır. Bu video da çalışdıq ki bu haqda sizə məlumat verək.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on vk
VK