Daha böyük kubajlı motosikletlərin qəzasının səbəbinə gəlincə isə ölkəmizdə motosiklet istifadəsi hobbi halındadır: “Professional o adamdır ki, öz gücü ilə istifadə etdiyi cihazı hesablaya bilir. Bilirsiniz ki, motosikletlər yüksək sürət üçün nəzərdə tutulub, daha çox diqqət tələb edir. Boş yerlərdə, döngələrdə sürülməsinin bir çox texniki qaydaları var. Yetərsiz texniki təcrübə olarsa, lazımsız sürət qaldırır, manevr qabiliyyətlərini itirirlər. Bir sözlə, istifadə etdikləri texnikaya lazımi təcrübə ilə yanaşmadıqlarına görə qəza baş verir”.
Şahin Göyləroğlu, həmçinin bildirdi ki, Azərbaycanda maşın sürücüləri motosiklet idarə edəni görmürlər: “Biz yollarda böyük avtomobillər görməyə alışmışıq. Güzgüdən də baxarkən, avtomobil görməyə alışmışıq. Onun hərəkətinə əhəmiyyət vermirik. Məsələn, avtobus döngəyə daxil olarkən onu küncə sıxmağa ehtiyac yoxdur. O, küncdə dönə bilməz və avtomobili vura bilər. Çünki dönüş bucağı fərqlidir. Eyni ilə motosikletin də öz trayektoriyası var. Əgər motosikletin hərəkətinə, sürətlənməsinə, dayanmasına əhəmiyyət verilmirsə, qəza avtomobil sürücüsü tərəfindən baş verir”.
“Onuda deyim ki, Bakı şəhəri küləkli olduğuna görə bəzən küləkli havada avtomobillərimiz belə yellənir. Ona görə motosiklet sürülmür. Sürdüyü müddət isə adətən isti havalar zamanı olur. Ancaq sürülmədiyi zamanda bir yerdə qalan motosikletin texniki baxışı olmadığı üçün qəzaya şərait yaranır”, – deyə ekspert bildirib.
Günel QURBANOVA TED.AZ