Ted.az saytına verdiyim müsahibə : link 

Azərbaycanda elektromobillərin istifadəsinin ekoloji cəhətdən səmərəsiz olması ilə bağlı fikirlər səsləndirilir. Bunu, əsasən elektromobillərin qidalandığı enerjinin – elektrikin mənbəyi ilə əlaqələndirirlər. Azərbaycanda elektromobillərin ekoloji cəhətdən səmərəsiz olduğunu qeyd edən ekspertlər, bu tip avtomobillərin nüvə enerjisindən istifadə olunan ölkələr üçün əlverişli hesab edirlər. 

 

“Azərbaycan elektrik enerjisinin 64,9 %-ni qazdan alır” – deyən ekspert Şahin Göyləroğlu TED.az-a məsələ ilə bağlı açıqlamasında bildirdi ki, qazdan elektrik enerjisi almaq ekoloji cəhətdən ən təmiz sayılan variantlardan biridir.

Şahin Göyləroğlu

Ekspert qeyd etdi ki, qaz Azərbaycanda  69,4% qazın yanmasından əmələ gəldiyinə görə, elektromobillərin təsiri demək olar ki, hiss olunmayacaq: “Qaz ekeloji təmizlik deməkdir. Hətta elə ölkələr ola bilər ki, küləyi, günəşi və hidronu çıxandan sonra orda əmələ gələbiləcək haha tullantı qaza  bərabər olsun. Azərbaycanda yaranan qazın 69,4% elə qazın yanmasından əmələ gəldiyinə görə, bizdə vəziyyət bir o qədər də pis olmayacaq”.

 

Elektromobillər gələcəkdə daha çox enerji yandırarsa: “Azərbaycan öz istehlakını tam təmin edir və xarici ölkələrə elektrik enerjisi satır. Yəni o “tüstülü bacalar”ımız burda yanır, onun tüstüsü bizə qalır təmiz enerjini isə xaricə göndəririk. Belə çıxır ki, bizim artıq enerjimiz var. Eyni zamanda bizim küçələrimizdə də dizel və yanacaqla işləyən avtomobil gəzir, o da bir tərəfdən bizə zərərli tüstü verir. Bu elektriklə işləyən avtomobillər nə qədər yük ola bilər ki, biz istehsal etdiyimizdən də çox elektrik istehsal edək və o bizi daha çox zəhərləsin?  Məsələn, elə özümü götürürəm. Mən ildə 7 min km maşın sürürəm və bu, mənim maşınımla təqribən 910 litr yanacaq edir. İndi isə keçək elektromobilə – görək bu, elektromobil olsa nə qədər yanacaq sərf edər və Azərbaycan Elekrtrik Şəbəkəsi buna görə ayrıca tüstü verəcəkdimi? Normal elektromobil 12-14 kv arası enerji işlədir və bu enerjini təqribi hesabladıqda 2,8 kv edir. Mən gündə 2,8 kv enerji götürməliyəm ki, maşınımı gündəlik sürüm.

 

Hazırda yaydır və kondisioner işlədilir. Ölçüsünə görə kondisionerlərin kv-tı saatda 2, 3 və daha artıq olur.  Məsələn, bizim evdə 2 kv-dır. Yenə təqribi hesabladıqda bizim evdəki kondisioner gün ərzində 16 kv enerji işlədir. Elektromobilsə 2,8 kv enerji işlədir. Ümumi şəbəkəyə yük gətirə bilərmi? Əlbətdə ki, gətirə bilməz.

 

Bizim heç bir yüklənməmiz olmayacaq: Normal evlərdə yay vaxtı kondisionerdən istifadə olunur, qış vaxtı isə elektrik sobalarından istifadə olunur. Elektrik enerjisindən hazırda istifadə etdiyimiz güc avtomobilə verəcəyimiz gücdən qat-qat çoxdur. Əgər biz avtomobili tamamilə ləğv etsək görəciyik ki, onsuz da bu elektrik enerjisini istehsal edirik. Belə çıxır ki, elektromobilin olub-olmadığı sadəcə küçədə hiss olunacaq. Sadəcə küçəmizdə gedərkən tüstü verən avtomobillər olmayacaq. Bu doğurdanmı zərərlidir, yoxsa xeyirlidir? Təbii ki, bu hesablamalar tələb edir.

 

Ekspert bildirdi ki, istənilən halda qazla, kömürlə və yaxud da ki, Atom Elektrik Stansiyası ilə elektromobil uzlaşmır: “Elektromobilin istehsalında məqsədi odur ki, gələcəkdə alternativ enerjidən istifadə olunsun. Bu yolla ucuz və səmərəli qiymətə elektrik enerjisi olsun ki, biz deyə bilək ki, elektromobil sərfəlidir. Amma bir şeyi də unutmayaq. Elektromobil sadəcə istehlakçı deyil, gələcəkdə bu sistemin içində elektromobilin özünün özəl yeri olacaq. Elektrikin özündə saxlanılması, paylanılması, daşınması və s. Elektromobilə elektrik enerjisini istifadə edirmiş kimi yox, gələcəyin alternativ enerjisinin bir parçası kimi baxmaq lazımdır”.

 

                                                                                                                                                                                                                                                                   Fidan ƏSƏD   Ted.az

Sürücü 

         İsti havalarda ilk öncə sürücü özünə diqqət etməlidir, avtomobildə kondisionerdən istfiadə etmək zəruridir, əgər yoxdursa imkan daxilində avtomobilin içini sərin saxlamaq havalandırmaq lazımdır . Xəstə və yaşlı sürücülər xüsusi ilə diqqət yetirməli azacıq hal pişləşməsi hiss olunan kimi avtomobili dayandırmalı hətta yardım çağırılmalıdır.

Soyutma Sistemi
 
 
     Əslində Azəbaycanda əksəriyyat maşında soyutma sistemində xəta var, birindi ventilyator işləmir , birində sensor işləmir birində pər qiriqdı, birində difizor qırıqda bir sözlə saymaqla bitməz.
 
    Belə normal günlərdə bəlkə bu maşınlar qızdırmır bir təhər soyudur amma kəskin isti düşən kimi birinci bu maşınlar qızdıracaq.Sizi yolda qoymağı hələ başlangıcdır adətən “qalofka” ya da “Blok” çatlayir və bu mühərriklər tullanası olur. Sizə deyəcəklər düzələn şeydi amma çox vaxt düzəlmir sadəcə vaxt qazandırır və siz dayanmadan pul xərcləyirsiz.
 
Soyutma Mayesi-
 
Soyutma Mayesi yəni Antifreeze ən vacib məqamdı. Çox adam elə bilir ki umumiyyətlə antifreeze ancaq soyuq üçündü halbuki Azərbaycanda isti havada daha çox ehtiyac olur ki , sistemi yüklıməsin soyutsun, korroziyadan qorusun və qalıq buraxmasın.  İsti havalarda ilk öncə  bu məqamlara diqqət etmək lazmdır
  • Səviyyəni yoxlamaq
  • Keyifiyyəti Yoxlamaq
  • Rəngi Yoxlamaq ( pas və bulanıqlıq varmı)
Adətən  bizdə Azərbaycanda  keyfiyyətsiz antifreeze, normadan çox su qarışımı və avtomobolin köhnə olması sistemdə pas və sirkulasiya problemi yaradır.Əgər belə bir maşınınız varsa isti havada onu sürməyin inanın ki, o qaynatsa 1-cə dəfə siz il boyunca servislərdə qalacaqsınız.
Yağlar və digər Mayelər-
 Kəskin istilər  mühərrik yağına,sürət qutusu yağına,hidravlik sükan yağına təsir edir. Əgər avtomobilin soyutma sistemi xarabdırsa ya da gecikirsə (bəzi sürücülər var, onlar deyir ki məsələn məndə maşında arada bir mühərrik həddindən çox qızır amma qaynatmır , bu cür halları nəzərdə tuturuq)  onda bu yağlar lap çox zərər görür. 
 
Digər tərəfdən  kəskin istidə mator az da olsa qızdırarsa(çox vaxt hec sürücü bunu hiss etmir elə bilir normaldır) bu zaman salniklər və ya proklatkalar sıradan çıxır, yağ itkisi suyu yağa qarışması və sair buna bənzər fəsadlar ortaya çıxır. 
 
Bunların qarşısını almaq , heç olmasa fəsadi vaxtında əvvəl az zərərlə bağlamaq üçün mütlləq heç olmasa hər 200 km dən bir yağları və mayeləri yoxlayın. Əgər avtomobiliniz sağlamdırsa bu intervalı uzada bilərsiniz. Amma unutmayin ki hətta ən sağlam maşına belə isti havalar ciddi təsir edir. 
Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Mənə sırf turbo yağı lazımdır!!!Filan yağ turbodurmu? Mənim maşınım həm tubodur həm də diesel , mənə turbo dizel yağı lazımdır.

Yəqin  bu  cür fikirlərlə sizdə qarşılaşmısınız. Bəs doğrudanda xususi turbo yağı olurmu. Gəlin videomuzu izləyək.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on vk
VK
Share on whatsapp
WhatsApp