Sürücü
İsti havalarda ilk öncə sürücü özünə diqqət etməlidir, avtomobildə kondisionerdən istfiadə etmək zəruridir, əgər yoxdursa imkan daxilində avtomobilin içini sərin saxlamaq havalandırmaq lazımdır . Xəstə və yaşlı sürücülər xüsusi ilə diqqət yetirməli azacıq hal pişləşməsi hiss olunan kimi avtomobili dayandırmalı hətta yardım çağırılmalıdır.
Soyutma Sistemi
Əslində Azəbaycanda əksəriyyat maşında soyutma sistemində xəta var, birindi ventilyator işləmir , birində sensor işləmir birində pər qiriqdı, birində difizor qırıqda bir sözlə saymaqla bitməz.
Belə normal günlərdə bəlkə bu maşınlar qızdırmır bir təhər soyudur amma kəskin isti düşən kimi birinci bu maşınlar qızdıracaq.Sizi yolda qoymağı hələ başlangıcdır adətən “qalofka” ya da “Blok” çatlayir və bu mühərriklər tullanası olur. Sizə deyəcəklər düzələn şeydi amma çox vaxt düzəlmir sadəcə vaxt qazandırır və siz dayanmadan pul xərcləyirsiz.
Soyutma Mayesi-
Soyutma Mayesi yəni Antifreeze ən vacib məqamdı. Çox adam elə bilir ki umumiyyətlə antifreeze ancaq soyuq üçündü halbuki Azərbaycanda isti havada daha çox ehtiyac olur ki , sistemi yüklıməsin soyutsun, korroziyadan qorusun və qalıq buraxmasın. İsti havalarda ilk öncə bu məqamlara diqqət etmək lazmdır
- Səviyyəni yoxlamaq
- Keyifiyyəti Yoxlamaq
- Rəngi Yoxlamaq ( pas və bulanıqlıq varmı)
Adətən bizdə Azərbaycanda keyfiyyətsiz antifreeze, normadan çox su qarışımı və avtomobolin köhnə olması sistemdə pas və sirkulasiya problemi yaradır.Əgər belə bir maşınınız varsa isti havada onu sürməyin inanın ki, o qaynatsa 1-cə dəfə siz il boyunca servislərdə qalacaqsınız.
Yağlar və digər Mayelər-
Kəskin istilər mühərrik yağına,sürət qutusu yağına,hidravlik sükan yağına təsir edir. Əgər avtomobilin soyutma sistemi xarabdırsa ya da gecikirsə (bəzi sürücülər var, onlar deyir ki məsələn məndə maşında arada bir mühərrik həddindən çox qızır amma qaynatmır , bu cür halları nəzərdə tuturuq) onda bu yağlar lap çox zərər görür.
Digər tərəfdən kəskin istidə mator az da olsa qızdırarsa(çox vaxt hec sürücü bunu hiss etmir elə bilir normaldır) bu zaman salniklər və ya proklatkalar sıradan çıxır, yağ itkisi suyu yağa qarışması və sair buna bənzər fəsadlar ortaya çıxır.
Bunların qarşısını almaq , heç olmasa fəsadi vaxtında əvvəl az zərərlə bağlamaq üçün mütlləq heç olmasa hər 200 km dən bir yağları və mayeləri yoxlayın. Əgər avtomobiliniz sağlamdırsa bu intervalı uzada bilərsiniz. Amma unutmayin ki hətta ən sağlam maşına belə isti havalar ciddi təsir edir.
Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.
Şahin GöyləroğuCEO