Meguin Injector Cleaner və Diesel System Cleaner | Meguin

Adətən istehsalçılar mühərrikə test etdikləri zaman kirlənməni qatranları nəzərə almırlar və avtomobilin performansını yoxladıqları zaman bunu sadəcə təmiz mühərrikdə yerinə yetirirlər.

Təbii ki bu yalnız laboratoriya şəraitində mümkündür. Avtomobili istifadə etdiyimiz zaman mühərrikin bir çox hissəsində əlavə atıqlar qatranlar yığılır buna benzin sistemi də daxildir.Sürücülər belə problemlərlə qarşılaşdıqda adətən injektorları təmizlətdirirlər. Amma bu yetərli deyil çünki benzin sistemi sadəcə injektorlardan ibarət(benzin çəni benzin filtri benzin nasosu benzinin hərəkət etdiyi kiçik borular və s) olmadığı üçün digər hissələrdə qalmış qalıqlar yenidən nasazlığa səbəb olacaq. İnjektorlarda klapanlarda porşenlərin yuxarı hissəsində yaranan qalıqlar yanma prosesini gecikdirir yanmanın keyfiyyətini aşağı və zəhərli qazların çıxma faizini yüksəldir. Nəticədə yuxarıda sadaladığımız nasazlıqlar ortaya çıxır zəhərli qazların artması nəticəsində isə particularfilter(DPF) və katalizator(ətraflı) sıradan çıxır.

 

 

 

Bir çox zaman səhər-səhər avtomobilin pis işə düşməsinə, 50-60 kilometr saat sürətlərdə titrəmələr və mühərrikin boğulmasına, surət qutusunu fərqli səviyyələrə keçirərkən avtomobilin bəzən boğulub bəzən də qarşıya sıçramasına, yüksək benzin sərfiyatına səbəb injektor (benzin) sisteminin çirklənməsidir.

Yanacaq sistemində əsas problemlərdin biri də korroziyadır(pas), bundan qurtulmaq mümkün deyil, çünki istər istəməz sistemdə su əmələ gəlir və bu su bütün hissələri pas edir, beləliklə sistem sıradan cıxır.Yuxaridakı şəkildə bakdakı, nasosdakı və Farsunkadakı pas aydın görsənir.

İnjector və Diesel System Cleaner necə təsir edir?

 

 

Həm dizellə işləyən həm də benzinlə işləyən avtomobildə sistemin hər zaman təmiz qalmasına xidmət göstərir.

Eyni zamanda yanacağın keyfiyyətini artıraraq daha az yanacaq sərfiyyatına gətirib çıxarır. Benzin çənindən tutmuş porşenə qədər benzinlə əlaqəli olan sistemi pasdan və qalıqlardan  qoruyaraq avtomobilə uzun resusr ömrü verir.

Bununla bərabər avtomobildən çıxan zəhərli qazların əhəmiyyətli dərəcədə azalması “Emission Control System”inin sıradan çıxmasını önləyir.

”Emission Control System” birbaşa mühərrikin ana kontrol sisteminə bağlanaraq bir neçə sensordan katalizator və particularfilterdən(DPF bu dizellərdə olur) ibarətdir. Təbiəti qorumaq məqsədi ilə son illər istehsalçılar bu sistemi daha da mükəmməlləşdirdilər.Belə ki artıq əgər zəhərli qazların miqdarı normadan çox çıxarsa sensorlar ana kontrol sisteminə informasiya verir və mühərrikin işləməyi dayandırılır(bəzi hallarda informasiya ön konsulda çıxır ki 24 saat içində servisə gedin. Servisə müraciət edilmədiyi halda avtomobil işə düşmür.)Bir çox hallarda bu vəziyyət katalizator və particular filterin dəyişməsi ilə nəticələnir. Bu da demək olar ki ən bahalı(təqribən 1500-3500 AZN) ehtiyat hissələridir. Bundan başqa bu ehtiyat hissələrini Azərbaycandan tapmaq da asan deyil sadəcə sifariş ilə gətirtmək olur.
Dizel mühərriklərdə Meguin diesel system cleaner sistemi təmizləməklə bərabər eyni zamanda yanacağın keyfiyyətini artırır. Dizeldəki Setan dərəcəsini 1-2 pillə artırır. Beləliklə avtomobiliniz yuxarıda qeyd etdiyimiz problemlərlə qarşılaşmır və siz daha az xərcə düşürsünüz.

Meguin Qatqıları
Nəticələr doğrudan inanılmazdır, bunu hardan bilirik? 

Meguin 1847-ci ildən bəri Məhsullar istehsal edir. Az qala 200 illik bir tarixi var. Amma bunun kifayətlənmirik əlbəttə, Azərbaycanda artıq illərdir məmnun müştərilərimiz və fəsadsız uzun yürüşlər etmiş avtomobillərimiz var. 

Amm bununla da kifayətlənmədik, Meguin vətənində Almaniyada, elə məhz Meguin Laboratoriyasında məhsulları sizdə rahat görəsiniz deyə test etdik.

Necə olur Sistemi təmizləyir?Paslanma necə olur ? Meguin necə kömək edir?Nə qədər vaxtdan bir istifadə etməliyik? Başqa qatqılar varmı? Bu və bunun kimi bir çox suallara cavab üçün gözəl bir çəkiliş və reportaj etdik. Hələki aşağıdakı videoda sizə trailer təqdim edirik, alman dilindən tərcümə və digər montaj işləri bitər bitməz sizə tam videonu təqdim edəcəyik.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp