Mükəmməl Mühərrik Qoruyucu- Motor Safe- Meguin 1847 | Meguin
MÜHƏRRİK QORUYUCU, HƏTTA YAĞSIZ MÜHƏRRİKDƏ!

Mühərrik işlədiyi zaman bir çox hissələr yüksək dövrlərlə hərəkət edir, sürtünmə baş verir və nəticədə aşınma olur.

Aşınmanın dərəcəsinə bir çox faktorlar, belə ki avtomobilin soyuq mühərriklə idarə olunması, keyfiyyətsiz yağ, mühərrikdə yağın azalması, yüksək dövrlərdə idarə etmək, mühərriki qızdırmaq və s. təsir edir.

Belə hallarla sürücülərimiz çox rastlaşırlar. Bu da gözlənilməz xərclərin yaranmasına gətirib çıxarır. Fizika qanunlarına görə aşınmanın qarşısını almaq olmur, amma sürtünməni azaldaraq prosesin zəif getməsini və ehtiyat hissələrinin daha uzun ömürlü olmasını təmin etmək olar.Ilk öncə keyfiyyətli Yağ istifadə olunmalıdır. Hər Yağ Dəyişəndə isə Meguin Motor Safe deyilən Qatqıdan istifadə etmək lazımdır.

Müasir mühərrik yağları ən son texnologiyalarla istehsal olunaraq, çoxlu vacib funksiyanı, hansı ki maşın hissələri soyutmaq daxil olmaqla, onları təmiz saxlamaq, paslanmaya, korroziya və köhnəlməyə qarşı müdafiəni yerinə yetirir.
 
Yağın ən vacib funksiyalardan biri daha effektiv nəticə əldə etmək(sürtünməni rahatlaşdırmaq) üçün hərəkət edən hissələrin arasında xüsusi bir qat formalaşdırır. Beləliklə hərəkət zamanı hissələr daha az sürtünür, daha az qızır və təbii olaraq aşınma azalır. Bu da maşın hissələrin vaxtından əvvəl qocalmasının qarşısını alır.
 
Bəs Meguin MOTOR SAFE deyilən qatqı hansı işləri görür?

Yuxarıda sadaladığımız məlumatlar ekstrim hallar üçün nəzərdə tutulmamışdır.

Ekstrim hal deyərkən adətən bu hallar nəzərdə tutulur. Avtomobil qədərindən çox yükləndiyi zaman, yüksək sürət, yoxuş yuxarı qalxmaq, Yüksək yada mənfi temperatur, mühərrikdəki yağın qədərindən aşağı düşməsi(buna sürücülərimiz diqqət etmir, çox vaxt daha ağır forma müşahidə olunduğu zaman yağın azaldığını hiss edirlər. Məs. Ön konsuldakı yağın işığı yandığı halda,bəzən işıq sarı yanır bəzən də qırmızı. Qırmızı yanırsa təhlükəlidir və avtomobili idarə etmək olmaz) mühərrikdə ki digər nasazlıqlar (hansı ki birbaşa yada bu səbəbdən yağlanmaya təsir edir), mühərrikin temperaturunun qədərindən yuxarı qalxması, yanacağın yağa qarışması və sair hallar nəzərdə tutulur. Adətən bu hallarda sadəcə yağ kifayət etmir, mükəmməl bir qorumaq üçün MOTOR SAFE dediyimiz qatqıya ehtiyac duyuruq.

Motor Safe o qədər güclü qorunma edir ki, mühərrikdə yağ qalmadığı halda belə yenə də müəyyən bir zaman dilimində mühərriki qoruyur.

Hətta bu Məhsulun adı Almanca motor verschleißschutz yəni mühərrik aşınma önləyici deməkdir. Düşünün əgər aşınma olmazsa və ya minimuma enərsə nə olar? əlbəttə yeyilməyən metal sizə daha uzun illər xidmət edəcək.

Unutmamaq lazımdır ki mühərrikin ürəyi sayılan Blok Porşen və Kalenval çox bahalı ehtiyat hissələridir qiyməti təqribən avtomobilin qiymətinin 10-15 faizidir (təqribən 3000-9000 AZN hətta bəzən 15000 AZN qədər ola bilir).

Bu da onu göstərir ki mühərrikə necə xüsusi bir xidmət göstərilib qorunmalıdır. MOTOR SAFE qatqısı sizin mühərriki qorumaq üçün əvəzsiz vasitədir. Düşünün əgər yağsız mühərrikdə belə qoruma əldə edirsinizsə onda yağla olduqda aşınma nə qədər azalacaq və mühərrik ömrü nə qədər uzanacaqdır.

Meguin Motor Safe Qatqısı İnanılmazdır Elə deyilmi?


Illərdir Azərbaycanda  Müxtəlif markalı avtomobillərdə Motor Safe qatqısını istifadə edirik. Nəticələr Möhtəşəmdir, gözlənililənlərin çox-çox üzərində bir nəticə əldə etmişik.
Amma bununla da kifayətlənmədik, dediklərimizi bir daha da Laboratoriya testləri ilə sizə göstərmək üçün Meguin Laboratoriyasında , elə Meguinin vətənində, Almaniyada, Motor Safe qatqısı və digər Qatqılarla bağlı video reportaj hazırladıq. Nəticələri bir də belə görün. Hələki Traileri sizə təqdim edirik. Tam versiya video Alman dilindən Azərbaycan dilinə tərcümə edildikdən sonra sizə təqdim ediləcək.

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp