Bu gün HIBRID avtomobillər çox dəbdədir. Hamı deyir ki, HİBRİD çox ekonomdur. Çox az yanacaq işlədir deyə sərfəlidir. Bəs bu doğrudanda belədirmi? Rəqəmlər yalan demir, gəlin hesablayaq…
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.
İllik 82.000 ton yağ istehsal edən Meguin şirkəti yeni mərkəzi Anbar üçün 25 milion euro investisiya edəcək. Bu haqqda Liqui Moly şirkətindən Cənab Günter Hiermaier bildirir:” Yeni Anbarımız 50.000 palet məhsul tutumu üçün nəzərdə tutulub. Eyni zamanda burda 50 yeni işçi fəaliyəət göstərəcək. Müştərilərə daha yaxşı xidmət göstərmək və vaxtında məhsullar çatdırmaq üçün, daha böyük anbara investisiya qoymaq vacib idi”
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.
Hibrid avtomobillər dünyada günü gündən çoxalır. Bu tendensiya özünü Azərbaycanda da çox göstərir, artıq Bakının küçələrində siz “sakit” gedən maşınları görürsünüz. Əsasən də Toyota Prius Modelləri şəhəri əlina alıb.
Hibrid Yağları
Hİbrid Avtomobillərin mühərrikləri həm müasir, ekolojik-təmiz, həm də güclü olmalıdır. Burda belə bir paradoks yaranır, həm kiçik olsun, həm az işləyib böyük güç əmələ gətirsin. Diqqət edin sadəcə 15 il əvvəl 200 at gücü olan avtomobil mühərrik həcmi 3000 cc çatırdısa, bu gün hətta 200 at gücündən yuxarı güc əmələ gətirən mühərrik 1500 cc həcmdədir. Az yanacaq və az həcm necə olur ki çox güc istehsal edir?
Həm duru, həm Qoruyucu?
Burda bizə maraqlı olan bunu necə edir yox, istənilən halda var olan böyük gücün yağa etdiyi təsiridir. Çünki burda sizə artıq normal mühərrik yağları kömək etməyəcək. Çünki yağ həm çox duru(0W20, 5W20, 5W30 ) həm də çox dözümlü və qoruyucu olmalıdır.
Bu cür tələbləri yerinə yetirmək hər şirkətin işi deyil, düzdü bir çox şirkət reklam edir, təklif edir, amma diqqətlə o şirkətlərin tarixçəsinə baxsanız görəcəksiniz ki, onlar bunu tam bacara bilməzlər.
Amma Meguin- Yaşayan Alman Tarixi,keçmişdə də, bu gün də ən mükəmməl yağları istehsal edib. Dəyişən dünyanı nəzərə alaraq, Meguin Hibrid yağlarını da təklif edir.
Yağlardan ikisi ilə sizi Tanış edək. Meguin Dynamik DX1 5W30 və Meguin Special Engine Oil 5W20
MEGUIN DYNAMIK DX1 5W30
Asiya Amerika avtomobilləri uyğunluğu: API SN Plus + RC ; GM dexos1™ Gen 2 ; ILSAC GF-5
LSPİ (LOW Speed Pre İgnitation) Uyğunluğu , Asiya Amerika Hibrid Mühərrik Uyğunluğu Honda ; Hyundai ; Kia ; Mazda ; Nissan ; Toyota
Müasir Sintetik Mühərrik Yağı.
Soyuq işə salmada əla nəticə
Yanacaq sərfiyyatının azalması
Uzun Dəyişmə İntervalı
Mükəmməl Aşınma Önləyici
Üst Səviyyədə Mühərrik Təmizliyi
Meguin Special Engine Oil5w20
API SN Plus + RC ; ILSAC GF-5
Chrysler MS-6395 ; Ford WSS-M2C 930-A ; Ford WSS-M2C 945-A ; Ford WSS-M2C 945-B1 ; GM 6094 M ; Honda ; Mazda ; Mitsubishi Dia Queen ; Nissan ; Toyota
Bütün fəsillərdə istifadə ediləcək sintetik Mühərrik Yağı. Müasir qatqı paketi və aşağı viskozlu olması onu həm də Asia /Amerika hibrid mühərriklərində əvəzsiz edir.
Müasir Sintetik Mühərrik Yağı.
Soyuq işə salmada əla nəticə
Yanacaq sərfiyyatının azalması
Uzun Dəyişmə İntervalı
Mükəmməl Aşınma Önləyici
Üst Səviyyədə Mühərrik Təmizliyi
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.
İsti havalarda ilk öncə sürücü özünə diqqət etməlidir, avtomobildə kondisionerdən istfiadə etmək zəruridir, əgər yoxdursa imkan daxilində avtomobilin içini sərin saxlamaq havalandırmaq lazımdır . Xəstə və yaşlı sürücülər xüsusi ilə diqqət yetirməli azacıq hal pişləşməsi hiss olunan kimi avtomobili dayandırmalı hətta yardım çağırılmalıdır.
Soyutma Sistemi
Əslində Azəbaycanda əksəriyyat maşında soyutma sistemində xəta var, birindi ventilyator işləmir , birində sensor işləmir birində pər qiriqdı, birində difizor qırıqda bir sözlə saymaqla bitməz.
Belə normal günlərdə bəlkə bu maşınlar qızdırmır bir təhər soyudur amma kəskin isti düşən kimi birinci bu maşınlar qızdıracaq.Sizi yolda qoymağı hələ başlangıcdır adətən “qalofka” ya da “Blok” çatlayir və bu mühərriklər tullanası olur. Sizə deyəcəklər düzələn şeydi amma çox vaxt düzəlmir sadəcə vaxt qazandırır və siz dayanmadan pul xərcləyirsiz.
Soyutma Mayesi-
Soyutma Mayesi yəni Antifreeze ən vacib məqamdı. Çox adam elə bilir ki umumiyyətlə antifreeze ancaq soyuq üçündü halbuki Azərbaycanda isti havada daha çox ehtiyac olur ki , sistemi yüklıməsin soyutsun, korroziyadan qorusun və qalıq buraxmasın. İsti havalarda ilk öncə bu məqamlara diqqət etmək lazmdır
Səviyyəni yoxlamaq
Keyifiyyəti Yoxlamaq
Rəngi Yoxlamaq ( pas və bulanıqlıq varmı)
Adətən bizdə Azərbaycanda keyfiyyətsiz antifreeze, normadan çox su qarışımı və avtomobolin köhnə olması sistemdə pas və sirkulasiya problemi yaradır.Əgər belə bir maşınınız varsa isti havada onu sürməyin inanın ki, o qaynatsa 1-cə dəfə siz il boyunca servislərdə qalacaqsınız.
Yağlar və digər Mayelər-
Kəskin istilər mühərrik yağına,sürət qutusu yağına,hidravlik sükan yağına təsir edir. Əgər avtomobilin soyutma sistemi xarabdırsa ya da gecikirsə (bəzi sürücülər var, onlar deyir ki məsələn məndə maşında arada bir mühərrik həddindən çox qızır amma qaynatmır , bu cür halları nəzərdə tuturuq) onda bu yağlar lap çox zərər görür.
Digər tərəfdən kəskin istidə mator az da olsa qızdırarsa(çox vaxt hec sürücü bunu hiss etmir elə bilir normaldır) bu zaman salniklər və ya proklatkalar sıradan çıxır, yağ itkisi suyu yağa qarışması və sair buna bənzər fəsadlar ortaya çıxır.
Bunların qarşısını almaq , heç olmasa fəsadi vaxtında əvvəl az zərərlə bağlamaq üçün mütlləq heç olmasa hər 200 km dən bir yağları və mayeləri yoxlayın. Əgər avtomobiliniz sağlamdırsa bu intervalı uzada bilərsiniz. Amma unutmayin ki hətta ən sağlam maşına belə isti havalar ciddi təsir edir.
Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Hörmətli Oxuyucular, Yazdığım Bütün Yazılar,Sizin Suallarınız və Maraq Göstərdiyiniz Mövzularla Bağlı Olur.Əgər Sualınız ya da Maraqlandığınız Mövzu varsa Çəkinmədən Mənə Yazın.