Elektromobillər Azərbaycanda ekoloji cəhətdən səmərəlidirmi? – EKSPERT
Ted.az saytına verdiyim müsahibə : link
Azərbaycanda elektromobillərin istifadəsinin ekoloji cəhətdən səmərəsiz olması ilə bağlı fikirlər səsləndirilir. Bunu, əsasən elektromobillərin qidalandığı enerjinin – elektrikin mənbəyi ilə əlaqələndirirlər. Azərbaycanda elektromobillərin ekoloji cəhətdən səmərəsiz olduğunu qeyd edən ekspertlər, bu tip avtomobillərin nüvə enerjisindən istifadə olunan ölkələr üçün əlverişli hesab edirlər.
“Azərbaycan elektrik enerjisinin 64,9 %-ni qazdan alır” – deyən ekspert Şahin Göyləroğlu TED.az-a məsələ ilə bağlı açıqlamasında bildirdi ki, qazdan elektrik enerjisi almaq ekoloji cəhətdən ən təmiz sayılan variantlardan biridir.
Ekspert qeyd etdi ki, qaz Azərbaycanda 69,4% qazın yanmasından əmələ gəldiyinə görə, elektromobillərin təsiri demək olar ki, hiss olunmayacaq: “Qaz ekeloji təmizlik deməkdir. Hətta elə ölkələr ola bilər ki, küləyi, günəşi və hidronu çıxandan sonra orda əmələ gələbiləcək haha tullantı qaza bərabər olsun. Azərbaycanda yaranan qazın 69,4% elə qazın yanmasından əmələ gəldiyinə görə, bizdə vəziyyət bir o qədər də pis olmayacaq”.
Elektromobillər gələcəkdə daha çox enerji yandırarsa: “Azərbaycan öz istehlakını tam təmin edir və xarici ölkələrə elektrik enerjisi satır. Yəni o “tüstülü bacalar”ımız burda yanır, onun tüstüsü bizə qalır təmiz enerjini isə xaricə göndəririk. Belə çıxır ki, bizim artıq enerjimiz var. Eyni zamanda bizim küçələrimizdə də dizel və yanacaqla işləyən avtomobil gəzir, o da bir tərəfdən bizə zərərli tüstü verir. Bu elektriklə işləyən avtomobillər nə qədər yük ola bilər ki, biz istehsal etdiyimizdən də çox elektrik istehsal edək və o bizi daha çox zəhərləsin? Məsələn, elə özümü götürürəm. Mən ildə 7 min km maşın sürürəm və bu, mənim maşınımla təqribən 910 litr yanacaq edir. İndi isə keçək elektromobilə – görək bu, elektromobil olsa nə qədər yanacaq sərf edər və Azərbaycan Elekrtrik Şəbəkəsi buna görə ayrıca tüstü verəcəkdimi? Normal elektromobil 12-14 kv arası enerji işlədir və bu enerjini təqribi hesabladıqda 2,8 kv edir. Mən gündə 2,8 kv enerji götürməliyəm ki, maşınımı gündəlik sürüm.
Hazırda yaydır və kondisioner işlədilir. Ölçüsünə görə kondisionerlərin kv-tı saatda 2, 3 və daha artıq olur. Məsələn, bizim evdə 2 kv-dır. Yenə təqribi hesabladıqda bizim evdəki kondisioner gün ərzində 16 kv enerji işlədir. Elektromobilsə 2,8 kv enerji işlədir. Ümumi şəbəkəyə yük gətirə bilərmi? Əlbətdə ki, gətirə bilməz.
Bizim heç bir yüklənməmiz olmayacaq: “Normal evlərdə yay vaxtı kondisionerdən istifadə olunur, qış vaxtı isə elektrik sobalarından istifadə olunur. Elektrik enerjisindən hazırda istifadə etdiyimiz güc avtomobilə verəcəyimiz gücdən qat-qat çoxdur. Əgər biz avtomobili tamamilə ləğv etsək görəciyik ki, onsuz da bu elektrik enerjisini istehsal edirik. Belə çıxır ki, elektromobilin olub-olmadığı sadəcə küçədə hiss olunacaq. Sadəcə küçəmizdə gedərkən tüstü verən avtomobillər olmayacaq. Bu doğurdanmı zərərlidir, yoxsa xeyirlidir? Təbii ki, bu hesablamalar tələb edir.
Ekspert bildirdi ki, istənilən halda qazla, kömürlə və yaxud da ki, Atom Elektrik Stansiyası ilə elektromobil uzlaşmır: “Elektromobilin istehsalında məqsədi odur ki, gələcəkdə alternativ enerjidən istifadə olunsun. Bu yolla ucuz və səmərəli qiymətə elektrik enerjisi olsun ki, biz deyə bilək ki, elektromobil sərfəlidir. Amma bir şeyi də unutmayaq. Elektromobil sadəcə istehlakçı deyil, gələcəkdə bu sistemin içində elektromobilin özünün özəl yeri olacaq. Elektrikin özündə saxlanılması, paylanılması, daşınması və s. Elektromobilə elektrik enerjisini istifadə edirmiş kimi yox, gələcəyin alternativ enerjisinin bir parçası kimi baxmaq lazımdır”.
Fidan ƏSƏD Ted.az
MÜHƏRRİK NİYƏ TEZ DAĞILIR?
Avtomobili İstidən Qoruyun!!!
” ISPARENIYA” NƏDİR ? HƏR YAĞ AZALMASI “İSPARENİYADIRMI” ?
Ekspert elektromobildəki yanğından danışdı – Real təhlükə, yoxsa diqqətsiz yanaşma?
Elektromobillər Azərbaycanda ekoloji cəhətdən səmərəlidirmi? – EKSPERT
YAĞI NECƏ SEÇİM ( 1-ci hissə) ZAMAN VƏ YÜRÜŞ HESABI
Meguin DX1 5W30 – Hibrid Avtomobil Yağı
AVTOMAT SÜRƏT QUTUSU YAĞI NƏ ZAMAN DƏYİŞİLMƏLİDİR? PROBLEMLƏR VƏ MƏSLƏHƏTLƏR
Ramazan Ayınız Mübarək olsun!!!
Audi Dizel yoxsa Mercedes Dizel? Test : Almaniya :Stuttgart-Tegernsee
Köhnə Avtomobillərə Prisatka( Qatqı) necə təsir edir? Nəticəsi olurmu?
Meguin Injector Cleaner və Diesel System Cleaner
Turbo Yağı Hansıdır?
Yağı Necə Seçim?
Yanacaq Sistemi -Kirlənmə, Paslanmanın Qarşısını Necə Almaq Olar?
MEGUİN-YAŞAYAN TARİXƏ GÜVƏNİN!!!
Çatdırılma xidmətinə yeniyetmələrin cəlb edilməsi yolverilməzdir -Motosiklet qəzaları
Ramazan Ayınız Mübarək olsun!!!
Elektromobillər Azərbaycanda ekoloji cəhətdən səmərəlidirmi? – EKSPERT
100km-də 2.88 Yanacaq! Renault Megan Yoxsa Skoda Octavia
Avtomobili İstidən Qoruyun!!!
Sürücü
İsti havalarda ilk öncə sürücü özünə diqqət etməlidir, avtomobildə kondisionerdən istfiadə etmək zəruridir, əgər yoxdursa imkan daxilində avtomobilin içini sərin saxlamaq havalandırmaq lazımdır . Xəstə və yaşlı sürücülər xüsusi ilə diqqət yetirməli azacıq hal pişləşməsi hiss olunan kimi avtomobili dayandırmalı hətta yardım çağırılmalıdır.
Soyutma Sistemi
Soyutma Mayesi-
- Səviyyəni yoxlamaq
- Keyifiyyəti Yoxlamaq
- Rəngi Yoxlamaq ( pas və bulanıqlıq varmı)
Yağlar və digər Mayelər-
” ISPARENIYA” NƏDİR ? HƏR YAĞ AZALMASI “İSPARENİYADIRMI” ?
Turbo Yağı Hansıdır?
Elektromobillər Azərbaycanda ekoloji cəhətdən səmərəlidirmi? – EKSPERT
Yanacaq Sistemi -Kirlənmə, Paslanmanın Qarşısını Necə Almaq Olar?
100km-də 2.88 Yanacaq! Renault Megan Yoxsa Skoda Octavia
YAĞI NECƏ SEÇİM ( 1-ci hissə) ZAMAN VƏ YÜRÜŞ HESABI
Turbo Yağı Hansıdır?
Mənə sırf turbo yağı lazımdır!!!Filan yağ turbodurmu? Mənim maşınım həm tubodur həm də diesel , mənə turbo dizel yağı lazımdır.
Yəqin bu cür fikirlərlə sizdə qarşılaşmısınız. Bəs doğrudanda xususi turbo yağı olurmu. Gəlin videomuzu izləyək.