Motosiklet idarə etmək cəsurluq və güc tələb etdiyi üçün çox zaman film qəhrəmanları bu nəqliyyat vasitəsi ilə təsəvvür olunur.

Digər nəqliyyat vasitələrindən fərqli olaraq motosikletləri idarə etmək üçün əvvəlcədən təlim keçmək vacibdir. Çünki motosiklet sürən şəxslərin xəsarət alma ehtimalı digərlərinə nisbətən daha çoxdur. 
Son zamanlar motosiklet qəzalarının sayının artması bizi səbəbi araşdırmağa vadar etdi. 

Azərbaycanda motosiklet qəzaları hansı səbəbdən baş verir? Artan qəzalar yollardakı vəziyyətlə, yoxsa sürücü səriştəsizliyi ilə bağlıdır? 


Mövzu ilə bağlı

ted.az-a danışan nəqliyyat üzrə ekspert Şahin Göyləroğlunun sözlərinə görə, dünya üzrə baxsaq Azərbaycanda motosikletlərlə bağlı qəzaların sayı azdı: “Səbəb motosiklet və motoreller tipli nəqliyyat vasitələrinin azlığıdır. Ümumilikdə velosiped sürənlər motosiklet idarə edənlərlə müqayisədə daha çox qəza törədir. Ancaq motosiklet qəzaları baş verir, bu danılmaz faktdır. Son dönəmlərdə qəzaların sayının artması isə motosikletdən daha çox motorellerlə bağlıdır. Karantin rejimi ilə əlaqədar xidmət sahələri online rejimdə işləyir. Bu zaman sürətli çatdırılma tələb olunur. Sürətli çatdırılma da yalnız motorellerlə mümkündür. Sürət isə diqqətsizlik deməkdir. Qəzaların əsas səbəbi diqqətsiz sürücü və qoyulmuş zaman ərzində məhsulun çatdırılması tələbidir”.

şahin göyləroğlu

Ekspertin fikrincə, ikinci səbəb isə motorellerlərin dayanmadan sürülməsidir: “İstifadə edildiyi müddətdə texniki baxışdan keçmirlər. Kiçik bir nüansa belə diqqətsiz yanaşılmaq bəs edir ki, tez-tez qəza törədilir. Bundan əlavə, sürücülərin yeniyetmə və gənc olması da başlıca amillərdəndir. Onlar təcrübəsiz sürücülərdir. Ancaq xarici ölkələrdə böyük kubaj imtahanlarında 150 CC-dən yüksək böyük mühərrikli motorellerlərin istismarı üçün əldə olunan sürücülük hüququ deyil, yaş həddi də nəzərə alınır ki, bu şəxs yüksək sürətə getməsin, nəqliyyat vasitəsini idarə edə bilsin. Bir sözlə, bu şəxslərin çox gənc və dəliqanlı olması lazımsız yerdə yüksək sürətə, yersiz hərəkətlərə səbəb olur. Nəticədə qəzalar baş verir.

Daha böyük kubajlı motosikletlərin qəzasının səbəbinə gəlincə isə ölkəmizdə motosiklet istifadəsi hobbi halındadır: “Professional o adamdır ki, öz gücü ilə istifadə etdiyi cihazı hesablaya bilir. Bilirsiniz ki, motosikletlər yüksək sürət üçün nəzərdə tutulub, daha çox diqqət tələb edir. Boş yerlərdə, döngələrdə sürülməsinin bir çox texniki qaydaları var. Yetərsiz texniki təcrübə olarsa, lazımsız sürət qaldırır, manevr qabiliyyətlərini itirirlər. Bir sözlə, istifadə etdikləri texnikaya lazımi təcrübə ilə yanaşmadıqlarına görə qəza baş verir”.

 

Şahin Göyləroğlu, həmçinin bildirdi ki, Azərbaycanda maşın sürücüləri motosiklet idarə edəni görmürlər: “Biz yollarda böyük avtomobillər görməyə alışmışıq. Güzgüdən də baxarkən, avtomobil görməyə alışmışıq. Onun hərəkətinə əhəmiyyət vermirik. Məsələn, avtobus döngəyə daxil olarkən onu küncə sıxmağa ehtiyac yoxdur. O, küncdə dönə bilməz və avtomobili vura bilər. Çünki dönüş bucağı fərqlidir. Eyni ilə motosikletin də öz trayektoriyası var. Əgər motosikletin hərəkətinə, sürətlənməsinə, dayanmasına əhəmiyyət verilmirsə, qəza avtomobil sürücüsü tərəfindən baş verir”. 

 

“Onuda deyim ki, Bakı şəhəri küləkli olduğuna görə bəzən küləkli havada avtomobillərimiz belə yellənir. Ona görə motosiklet sürülmür. Sürdüyü müddət isə adətən isti havalar zamanı olur. Ancaq sürülmədiyi zamanda bir yerdə qalan motosikletin texniki baxışı olmadığı üçün qəzaya şərait yaranır”, – deyə ekspert bildirib.

 

                                                                                                                                                                                                                                        Günel QURBANOVA    TED.AZ

Əziz Müsəlmanlar,

Sizi Müqəddəs Ramazan Ayının gəlişi ilə təbrik edirəm. Ramazan- İslamın Mərhəmətini, Haqq niyyətini, Elm və Ərdəmlə bütünləşmiş əxlaqını, insanlığa göstərən müqəddəs aydır. Bu ayda insan özü ilə üzləşir, öz iç dünyasını yeniləyir. Bu Ay-İnsanlar arasında dayanışma ruhunu pərçimləyir Sahib olduğumuz nemətlərə şükr etməyi, sahib olmayanalara əl tutmağı, onları özümüzdən öncə düşünməli olduğumuzu Ramazan bizə xatırladır.Məhz bu cür gözəl əməllər bu ayı müqəddəs və bərəkətli edir. Ramazan Ayı- Sevgidir, Səmimiyyətdir, Paylaşımdır!!! Unutmayaq ki, Alllahın izni ilə Birlik və Bərabərlikdə olduğumuz hər gün Biz daha da Güclənirik!!!

Bu gün HIBRID avtomobillər çox dəbdədir. Hamı deyir ki, HİBRİD çox ekonomdur. Çox az yanacaq işlədir deyə sərfəlidir. Bəs bu doğrudanda belədirmi? Rəqəmlər yalan demir, gəlin hesablayaq…

Meguin Alman Yagi

Meguin Alman Yagi

İllik 82.000 ton yağ istehsal edən Meguin şirkəti yeni mərkəzi Anbar üçün 25 milion euro investisiya edəcək. Bu haqqda Liqui Moly şirkətindən Cənab Günter Hiermaier bildirir:” Yeni Anbarımız 50.000 palet məhsul tutumu üçün nəzərdə tutulub. Eyni zamanda burda 50 yeni işçi fəaliyəət göstərəcək. Müştərilərə daha yaxşı xidmət göstərmək və vaxtında məhsullar çatdırmaq  üçün, daha böyük anbara investisiya qoymaq vacib idi”

Mənbəhttps://www.sr-mediathek.de/index.php?seite=7&id=83348

10:40  dəqiqədən etibarən

Şahin Göyləroğlu